Roberto Bordin: “Əgər bu matçı boksla müqayisə etsək, bizdə bir neçə xal çox oldu”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 10-cu turunda “Qarabağ”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis növbəti matçlarda maksimum xal toplayıb, liderlə xal fərqini azaltmağa çalışacaqlarını bildirib:

“Gözəl oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Əgər bu matçı boksla müqayisə etsək, bizdə bir neçə xal çox oldu. Çoxlu qol epizodları yaratdıq. Hətta qol da vurduq, ancaq sayılmadı. Futbolçuları bu oyuna görə təbrik edirəm”.

Həmin kateqoriyadan