- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la cavab oyunundan (0:0) sonra fikirlərini bildirib. Allsport.az xəbər verir ki, mübarizəni dayandıran “ağ-qaralar”ın italiyalı çalışdırıcısı bunları deyib:
“Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Çalışırdıq, ilk oyundakı neqativ nəticəni aradan qaldıraq. Bunu oyunun əvvəlindən göstərmək istəyirdik. Matçın çox hissəsi istədiyimiz kimi alınırdı. Cinahlardan hücumlara üstünlük verməyə çalışırdıq. Sonlandırma çatışmırdı, bir az bəxtsizlik vardı. İki oyuna da baxsaq, rəqib çox hücum etmirdi. Üzgünük”.