- Baxış sayı: 1
- 28 Noyabr 2024 15:48
- Baxış sayı: 60
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 24-cü turunda “Səbail” ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis komandasının çempionluq uğrunda sonadək mübarizə aparacağını bildirib:
“Bizim üçün gözlənilməz nəticədir. İlk hissədə çalışırdıq ki, oyuna nəzarət edən tərəf olaq. Hesabı açandan sonra növbəti qolu vurmağa çalışırdıq. Lakin rəqib hesabı bərabərləşdirdi.
Həmin qoldan sonra komandamızda tarazlıq pozuldu. Çalışdıq ki, bu balansı yenidən bərpa edək. Sonadək mübarizə aparıb hesabı bərabərlişdirməyi bacardıq. Heç-heçə bizim üçün neqativ nəticə olsa da, bilirik ki, sonadək vuruşmaq lazımdır”.