- Baxış sayı: 11
- 29 Noyabr 2024 19:41
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin italiyalı keçmiş baş məşqçisi Roberto Bordin açıqlama verib. Allsport.az calciomercato.com-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis 2018/19 mövsümündə “Qarabağ” ilə mübarizədə çempionluğu əldən vermələrindən danışıb:
“Neftçi”yə getdiyim dönəm vaxt son 5 ilin çempionu “Qarabağ”la rəqabət üçün güclü komanda yaradıldı. Mövsümün ilk yarısını onlardan 5 xal irəlidə idik. Bu fərq bizi həvəsləndirirdi. Çempion olsaydıq, əla nəticə sayılacaqdı. Çünki ölkənin ən titullu komandasını çalışdırırdıq. Təəssüf ki, mövsümün həlledici mərhələsində ciddi səhvlərə yol verdik və çempionluğu əldən verdik”
55 yaşlı mütəxəssis bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində “Arsenal” (Tula) klubunu mübarizədən kənarlaşdırdıqdan sonra Rusiyadan təklif aldığını sözlərinə əlavə edib: “Arsenal”a qalib gəldiyimiz oyundan sonra Rusiyadan təklif aldım. Təklifi dəyərləndirmək istəyirəm. Amma İtaliyadan da təklif gözləyirəm. Ola bilsin, ölkəmdən zəng etməsinlər. İtaliyadan təklif olmayanda, mənə çox şey vermiş “Neftçi” və ya “Şerif” kimi variantlarını qəbul etdim”.
Bordin 2018-20220-ci illərdə “Neftçi”də baş məşqçi olub.