Roberto Bordin: “Neftçi”də çox xoşbəxtəm və burda təcrübənin inkişafından məmnunam

“Bir neçə ildir məşqçiliklə məşğulam. Baş məşqçi kimi daha çox ölkə xaricində çalışmışam”. Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib. 54 yaşlı mütəxəssis İtaliya mətbuatına müsahibəsində futbolçu karyerasını vərəqləyib. O, həmçinin məşqçilik karyerasına da toxunub. Futbolçu illərini bütünlüklə İtaliyada keçən Bordin ölkəsində klub çalışdırmaq arzusunu da gizlətməyib. Ancaq o, hazırda “Neftçi”dəki işindən razıdır:

“Moldovada “Şerif”in çalışdırıcısı kimi 2 dəfə ölkə çempionu, 1 dəfə kubokun sahibi olmuşam. Həmçinin Avropa liqasının qrup mərhələsində iştirak etmişik. Hazırda isə “Neftçi”yə rəhbərlik edirəm. Əlbəttə ki, öz ölkəmdə çalışmaq, bu həyəcanı yaşamaq istəyirəm. Ancaq indi Azərbaycan klubunda çox xoşbəxtəm və burdakı təcrübənin inkişafından məmnunam”.

Həmin kateqoriyadan