- Baxış sayı: 16
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 60
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 21-ci turunda “Qəbələ” ilə oyundan sonra mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, görüşdən razı qaldığını bildirən italiyalı mütəxəssis bəxtdən gileylənib:
“Lazımi nəticəni qazanmadıq. “Qarabağ”la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmaq istəyirdi.
İlk hissədə bir neçə təhlükəli vəziyyət yaratsaq da, bunları qola çevirə bilmədik. Bununla belə, fasilədən sonra istəyimizə nail olduq. Qoldan sonra da hücum futbolu göstərdik. Futbolçularımız sonadək əllərindən gələni etdilər ki, qələbə qazanaq.
Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşılmazlıq oldu. Komandam yaxşı oynadı. Oyundan razı qaldım. Bu gün 1 xalla kifayətlənsək də, bununla heç nə bitmir. Futbolda belə hallar olur. Artıq növbəti oyunları düşünməliyik”.