- Baxış sayı: 29
- 27 Mart 2026 21:10
- Baxış sayı: 35
- Mart 27, 2026
- 0

“Nitsa”nın yarımmüdafiəçisi Jeremi Boqa karyerasını İtaliyada davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı Fil Dişi Sahilindən olan futbolçu ilə “Roma” maraqlanır.
O, artıq transferə icazə verib, lakin klublar hələ də öz aralarında razılığa gəlməyiblər. Boqanın nümayəndəsi bu gün “canavarlar”la danışıqlar aparıb.
Ötən mövsüm Jeremi liqa 1-də 28 matçda iştirak edib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib.