Roman Qriqorçuk: “Açığı, pərt olmuşam”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Simurq”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İndiki məqamda mən rəqibi təbrik etməliyəm. Biz isə çox çalışmalı və işimizi davam etdirməliyik ki, avrokuboklara vəsiqə qazanaq. Açığı, mən pərt olmuşam. Çünki mərhələni biz yox, rəqib adladı”.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Simurq” “Qəbələ”yə 3:0 hesabıyla qalib gəlmişdi.

Həmin kateqoriyadan