Roman Qriqorçuk: Final haqda düşünürük

Topaz premyer liqasının 25-ci turunun “Qəbələ” – “Kəpəz” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Bu matçda hər şey normal alındı. Biz qalib gəldik. Bəlkə kiməsə elə göründü ki, hər şey asanlıqla oldu. Mən belə deməzdim. Ona görə qalib gəldik ki, biz çox düzgün oynadıq və qol imkanlarından istifadə yaxşı səviyyədə idi. Düzdür, matçın sonlarında elə imkanlar yaratdıq ki, onlardan da yararlana bilərdik. İki hissənin fərqli alınması motivasiya ilə bağlı deyil.

Biz hər görüşdə qalib gəlib, xal qazanmaq istəyirik. Futbolçular da oyunlarda inkişaf etməli, təkmilləşməlidir. İkinci hissədə qol imkanlarından istifadə ilk yarıdakı ilə müqayisədə aşağı idi. Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun finalının ertəsi gün milinin yoxlama matçı olması ilə bağlı heç kimlə müzakirə aparmamışıq. Final haqda düşünürük. Biz ən yaxşı hazır olan bütün futbolçuları meydana buraxacağıq. Aydın məsələdir ki, bizim üçün vacib olan finalda iştirak edənlər ertəsi gün yoxlama oyununda meydana çıxa bilməyəcək”.

Həmin kateqoriyadan