- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Apollon” (Kipr) – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:
“Oyun yaxşı səviyyədə keçdi. Stadiondakı atmosfer, azarkeşlərin komandalarını dəstəkləməsi də xoşuma gəldi. Qarşılaşmanın gedişində hesabda geri olub, sonradan bərabərlik qolunu vurduğumuzu nəzərə alsaq, hesabı normal saymaq olar. Komandamız bu matçda yaxşı, rəqibdən daha güclü oynadı. Biz “Apollon”la müqayisədə daha çox qol imkanları yaratdıq. Düşünürəm ki, hesab fərqli, bizim xeyrimizə də ola bilərdi. “Apollon” yaxşı komandadır. Hakimlikdən danışarkən, siz emosiyalara əsaslanırsınız. Bu matçın hakimi yüksək səviyyəyə malikdir. Bütün komandalar oyunlarına onun təyinat almasını istəyir. Emosiyaları kənara qoyub, oyunu bir daha peşəkar gözüylə izləsəniz, hakimlik haqda fikirləriniz dəyişər. Komandam qalib gəlmirsə, mən narazı qalıram. Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdur. Əsas qərarın düzgün verilib-verilməməsidir. Bu oyundakı epizodun təkrarına baxmasam da, hakimi tanıdığımdan, səviyyəsinə, təcrübəsinə bələd olduğumdan onun düzgün qərar verdiyinə əminəm”.