- Baxış sayı: 73
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 121
- Noyabr 25, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyundan sonra fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, bölgə klubunun ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən oyunu barədə belə danışıb:
“Düzünü deyim ki, mən bu gün meydandakı rüsvayçılıqdan sonra çox həyəcanlıyam. Artıq aşkar şəkildə deyəcəyəm və qoy məni cərimələsinlər. Bütün mövsüm ərzində hakimlər “Qəbələ”ni 15 xaldan məhrum ediblər. Bu gün də həmin rüsvayçılıq davam etdi. Mən kim lazımdısa, onu bu vəziyyəti düzəltməyə səsləyirəm. Belə şeylərə görə futbol öz əhəmiyyətini, mənasını itirir.
Amma biz hətta belə hakimliklə də uduzmadıq və müsbət nəticə qazana bildik. Ənənəvi olaraq, bu gün də çoxlu qol vəziyyəti yaratdıq, amma yalnız birindən yararlana bildik. Hesab edirəm ki, “Neftçi” də, “Qəbələ” də bu gün turnir cədvəlində daha üst pillələrdə qərarlaşa bilərdi. Qarşıda bizi bu komanda ilə həm çempionat, həm də kubok çərçivəsində növbəti oyunlar gözləyir. Ümid edirəm ki, bu oyunu təkrarlaya və azarkeşlərimizi sevindirə biləcəyik”.
Qriqorçuk yenidən hakimlik mövzusuna qayıdaraq, bunları vurğulayıb: “Təyin olunmayan penaltidən, ədalətsiz yerə verilən sarı vərəqədən sonra mən Aleksey Qayın hansı hissləri keçirdiyini təsəvvür edə bilmirəm. UEFA Kubokunu qazanan adam burada belə hakimliklə üzləşir. Şəxsən mən buna görə onun qarşısında utanıram. Bu cür hakimliyi dəyişmək isə bizim gücümüz daxilində deyil”.