- Baxış sayı: 53
- 25 Mart 2026 17:33
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Londonda para-üzgüçülük üzrə dünya çempionatında ilk uğura yetişilib. Allsport.az saytı xəbər verir ki, Roman Saleh 100 metr məsafədə arxası üstə 1 dəqiqə 1 saniyə nəticə ilə 2-ci yer tutub.
Qaydaya əsasən, ilk 2 pillənin sahibləri Toki paralimpiya oyunlarına birbaşa lisenziya qazanır. Komandamızın digər idmançısı Şamil Şahov yarışa inamlı başlayaraq finala çıxsa da, sonda 8-ci olub.
Xatırladaq ki, bu, Azərbaycan paralimpiyaçılarının Tokio-2020-yə 2-ci vəsiqəsidir. Bundan öncə, para-pauerliftinqdə Elşən Hüseynov uğura sahiblənib.