Ronaldinyonu sərbəst buraxdılar

Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo və qardaşı Roberto de Assis sərbəst buraxılıblar. Allsport.az xəbər verir ki, bu barədə Paraqvay məhkəməsi qərar verib.

Ronaldinyo 90 min, qardaşı isə 110 min dollar cərimələnib.

Ronaldinyo və qardaşı Assis Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə martın 5-də həbs edilmişdilər. Hər iki şəxs apreldən ev dustaqlığına buraxılmışdı.

Həmin kateqoriyadan