Ronaldo 600-ə çatan ilk futbolçu oldu

Ötən həftəsonunda “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 6-cı tur matçında “Əl-Oruba”nı məğlub edib – 3:0.

Allsport.az xəbər verir ki, bu oyunda “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo penaltini dəqiq yerinə yetirib və məhsuldar ötürmə edib.
Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının məlumatına görə, Ronaldo yüksək səviyyədə keçirdiyi 600-cü oyununda qol vuraraq, bu həddə çatan ilk futbolçu olub.
Portuqaliyalının ən yaxın izləyicisi 556 oyunda qol vuran argentinalı Lionel Messidir. Sonrakı yerləri Romario (479), Pele (456), Robert Levandovski (444), Ferens Puşkaş (434), Luis Suares (423) və Zlatan İbrahimoviç (417) tutur.

Həmin kateqoriyadan