Ronaldu “Ginnesin Rekordlar Kitabı”nda

“Ginnesin Rekordlar Kitabı” portuqaliyalı hücumçu Kriştianu Ronaldunun rekordunu qeydə alıb.

Allsport.az xəbər verir ki, 39 yaşlı futbolçunun “YouTube” kanalına ilk 24 saat ərzində 19,7 milyon insan abunə olub.

Layihənin fəaliyyətə başlamasından 6 gün sonra onun abunəçilərinin sayı 48 milyon nəfərdir. Ronaldo ilk milyonunu bir saat yarım ərzində qazanmışdı. Daha əvvəl heç kim bunu bacarmayıb.

Həmin kateqoriyadan