- Baxış sayı: 22
- 26 Noyabr 2024 15:13
- Baxış sayı: 7
- Noyabr 26, 2024
- 0
Madriddə Kriştianu Ronaldu antioksidant xüsusiyyətlərə malik “Ursu” qələvi mineral suyunun təqdimatında iştirak edib.
Allsport.az xəbər verir ki, brendin əla reklamı var və su yəqin ki, pis deyil, amma bu, təmiz marketinqdir. Bu mineral su şirkəti bir müddətdir ki, “Akuas Minerals de Avila” tərəfindən satılırdı. İndi, Ronaldu şirkətin səhmlərinin böyük hissəsini alıb.
Futbolçu üçün su istehsalı və satışı biznesi artıq onun CR7 adlı şirkətinin 5-ci layihəsidir. Onun vebsaytına görə, təcrübəli hücumçunun layihələri arasında günəş eynəyi, alt paltarı, ayaqqabı və ətir markası var.
Bundan əlavə, mineral suyun təqdimatında Ronaldu, gələcəkdə bir futbol klubu almağı planlaşdırdığını söyləyib.
“Karyeramın sonuna 2-3 il qalıb. Bu yaşda özünə qulluq etmək daha vacibdir. Futbol klubu almaq istəyirəm və bunu futbolçu fəaliyətim bitdikdən sonra etməyi planlaşdırıram”- 38 yaşlı hücumçu bildirib.