- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
“Qələbə qazandığımız üçün çox şadam. Bizə qarşı çox yaxşı rəqib mübarizə aparırdı. Onlara qarşı oynamaq doğrudan da çətindir. Bu, bizim üçün heç də sürpriz olmadı. Çünki biz “Qarabağ”ın ötən Avropa Liqasının qrup mərhələsində necə uğurlu çıxış etdiyindən xəbərdar idik”.
“Biz bu oyunda maksimum güc sərf etdik. Müdafiədə yaxşı oynadıq. Düzdür, birinci hissədə o qədər də sürətli futbol sərgiləmədik. Amma ikinci hissədə uşaqlar artırdılar. Topa daha çox nəzarət edirdik, rəqibi təzyiq altında saxlamağa çalışırdıq. Əlbəttə, bir yox, bir neçə, məsələn, üç qol vursaydıq, cavab qarşılaşmasına daha rahat yollana bilərdik. Minimal hesablı qələbə də bizə üstünlük verir. Lakin hələ cütün taleyini həll etməmişik”.
“Burada başladığımız işi səfərdə tamamlamalıyıq. Növbəti həftə bizi Azərbaycanda çox çətin oyun gözləyir. “Qarabağ”la oynayan istənilən komandaya asan ola bilməz. Xüsusilə də onların meydanında. Amma ilk oyun göstərdi ki, biz ÇL-in qrup mərhələsinə düşə bilərik. Çünki sürətli, əks-hücum futbolu sərgiləyə bilirik, güclü müdafiə, yarımmüdafiə xəttimiz var. Bu gün mərkəz müdafiəçilərimiz möhtəşəm oynadılar. Mən futbolçularımıza inanıram”.
“Favorit olduğumuzu dəqiq deyə bilmərəm. Amma növbəti mərhələyə yüksəlmək şansımız var”.