- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb. Allsport.az xəbər verir ki, səfər çərçivəsində AFFA prezidenti FİFA-nın rəhbəri Canni İnfantino ilə görüşüb.
Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.
Hazırda Doha şəhərində FIFA klublararası dünya çempionatı keçirilir.