- Baxış sayı: 39
- 22 Noyabr 2024 12:43
- Baxış sayı: 157
- Noyabr 25, 2024
- 0
AFFA prezidenti Rövnəq Abdullayev Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində milli komanda ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplamtıdaİcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Məmmədyarov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Qurban Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak ediblər.
Rövnəq Abdullayev dünya çempionatının seçmə mərhələ oyunlarının son dərəcə vacib olduğunu bildirib, bütün futbolçuların qarşılaşmalara yüksək səviyyədə köklənməsinin önəmini vurğulayıb. Baş məşqçi ilə ayrıca görüşdüyünü qeyd edən assosiasiya prezidenti komandaya böyük ümidlər bəslədiyini qeyd edib. Elmar Məmmədyarov, İsgəndər Cavadov, Vaqif Sadıqov və Qurban Qurbanov çıxış edərək futbolçulara uğurlar arzulayıb.
Baş məşqçi Robert Prosineçki və millinin kapitanı Rəşad Sadıqov AFFA rəhbərliyinə xoş arzulara görə təşəkkür edib, dünya çempionatının seçmə mərhələsinin ilk oyununda San Marino yığmasına qalib gəlmək üçün bütün futbolçuların böyük əzmlə hazırlaşdığını, komandada yüksək əhval-ruhiyyənin olduğunu deyib.