- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
AFFA-nın növbəti konfrans iclası keçirilir. Allsport.az xəbər verir ki, AFFA-nın prezidenti postuna namizəd olan hazırkı rəhbər Rövnəq Abdullayev 2019-cu ildə millimizin uğursuz çıxış etdiyini deyib:
“Milli uğurlu çıxış etmədi. Millətlər liqasında alınmadı. Zəiflər qrupundan çıxa bilmədik. Yoxsa, bu il Bakıda da keçiriləcək Avropa çempionatının final oyunlarında iştirak edə bilərdik.
Qitə mərhələsində də nəticəmiz çox aşağı oldu. Cəmi 1 xal topladıq. Xülasə, ürəkaçan heç nə olmadı. Əvəzində, klub yarışında uğur oldu. “Qarabağ” növbəti dəfə Avropa liqasının qrup mərhələsinə vəsiqə qazandı”.