- Baxış sayı: 38
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
“Rövnəq Abdullayevin ölkə futbolçu üçün gördüyü işin miqyası böyükdür. Onun xidmətlərini danmaq olmaz”. Allsport.az saytı xəbər verir ki, bunu İsgəndər Cavadov adına Bakı futbol akademiyasının direktoru Yaşar Seyidov sportinfo.az-a deyib. Onun sözünə görə, bu sahədə problemlər mövcuddur, amma hər şeyi AFFA-nın üstünə atmaq olmaz:
“Rövnəq müəllim federasiya prezidenti olandan sonra futbol adına nə qədər ciddi işlərin görülməsini yada salmaq lazımdır, unutmaq yox. Neçə-neçə stadion tikildi, ölkəmizdə müxtəlif böyük beynəlxalq turnirlər keçirildi, 3 klubumuz avrokuboklarla qrup mərhələsinə vəsiqə qazandı. Problemlər yoxdumu? Var.
Bunu kim danır ki? Sadəcə, problemlərin səbəblərini yalnız AFFA-da axtarmamalıyıq. Rövnəq Abdullayevin köməyi sayəsində bir çox klublar hələ də fəaliyyət göstərir. O, dəstəyini geri çəksə, premyer liqada heç 8 komanda da olmaz.
Azərbaycanda 2 klubdan başqa heç biri işini peşəkar səviyyədə qurmayıb. Klubların idarəçilərində ciddi problem var. Mənim kimi insanlarla çalışmaq onlara sərf etmir. Bu klublara təcrübəli, işini bilən, işə can yandıran insanlar lazım deyil. Ona görə də klub futbolu geri gedir.
Onlar nə uşaq futboluna diqqət yetrir, nə də klub infrastrukturuna. Elə nəticə arxasınca qaçırlar. Milli komandaları yalnız AFFA düşünməlidir? Rövnəq Abdullayev rəhbərdir, ondan nə istənilir, hamısını edir. Belə bir insanı dəstəkləmək, onun yanında olmaq lazımdır”.