- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün Rio-2016-da güləşçilər mübarizəyə başlayıblar. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə “klassiklər” çıxış ediblər, 59 və 75 kq çəkilərdə yunan-Roma güləşçiləri medallar uğrunda mücadilə aparıblar.
Elvin Mürsəliyev yarımfinalın 1 addımlığında dayanıb. Rövşən Bayramov isə, onun xeyrinə olan vəziyyətdən maksimum istifadə edə bilməyib. Halbuki əsas rəqibi, London-2012-nin qalibi olan iranlı Həmid Soryan oyunlarla erkən vidalaşmışdı.
Belədə, bahadırımız üçün finala yol açılmışdı. Təəssüf ki, 1/2 final təmsilçimiz yaponiyalı Şinobu Otaya uduzaraq, 3-cü yer üçün güləşmək imkanı qazanıb. Amma Rövşən Bayramov bu füsəti də qaçırıb. Xatırladaq ki, idmançımız Pekin və London olimpiadalarında gümüş medala sahib çıxıb.
59 kq
Bürünc medal görüşü – Stig-Andre Berge (NOR) – Rövşən Bayramov
1/2 final – Rövşən Bayramov – Şinobu Ota (JPN) 2:4
1/4 final – Rövşən Bayramov – Jesse David Thielke (USA) 9:0
1/8 final – Rövşən Bayramov – Raiber Jose Rodrigez Orozco (VEN) 8:0
75 kq
1/4 final – Peter Bacsi (HUN) – Elvin Mürsəliyev 5:0
1/8 final – Elvin Mürsəliyev – Doszhan Kartikov (KAZ) 5:1
1/16 final – Elvin Mürsəliyev – Mahmoud Fawzy Rashad Sebie (EGY) 2:1