- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Çernoqoriyanın “Rudar” klubunun kapitanı Nedelko Vlahoviç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun 0:0) öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bakıdakı ilk oyun bizim üçün çox çətin keçdi. Stadion tam dolmuşdu. Əldə etdiyimiz nəticədən razı qalmalıyıq. Çünki rəqibimiz çox güclü komanda idi. Azarkeş dəstəyi də onlara böyük kömək oldu”.
“Mümkündür ki, bütün oyunu müdafiədə keçirməyimiz kiminsə xoşuna gəlmədi. Amma biz nəticəyə oynayırdıq. Uduzmaq istəmirdik. Bu istəyimizə də çatdıq”.
Vlahoviç baş məşqçi Mirko Mariçin cavab oyunu üçün ağdamlıların oyununda boşluqlar tapacağına və onlardan yararlanacaqlarına inandığını vurğulayıb: “Rəqibimiz təzyiq altındadır. Çünki “Qarabağ” öncədən bu cütün favoriti sayılırdı. Azərbaycanda hər kəs bu komandadan inamlı qələbə gözləyirdi. Mübarizəni ikinci təsnifat mərhələsində dayandırmaq “Qarabağ” üçün faciə olardı”.
Kapitan ÇL-in üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri – Şotlandiya “Seltik”i barədə də danışıb. “Rudar”la avrokuboklarda çox oyun keçirmişəm. Təəssüf ki, heç vaxt ikinci mərhələdən uzağa gedə bilməmişik. İndi isə çox gözəl şans əldə etmişik. Özü də uğur qazansaq, “Seltik” kimi rəqiblə mübarizə aparmalı olacağıq. Bu isə bizə əlavə motivasiya verir”.