- Baxış sayı: 16
- 01 Aprel 2026 14:37
- Baxış sayı: 809
- Mart 30, 2026
- 0

ABŞ-ın 1-ci liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” səfərdə “Las Veqas Layts”la qarşılaşıb.
Matç 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Rüfət Dadaşov meydana start heyətdə daxil olub və sonadək oynayıb. O, 5-ci dəqiqədə hesabı açıb, 68-ci dəqiqədə isə məhsuldar ötürmə verib. Bu, Rüfətin bu mövsüm 6-cı qolu olub.
“Finiks Rayzinq” 9 oyundan sonra 20 xalla B qrupunda liderdir.