- Baxış sayı: 53
- 27 Yanvar 2026 10:22
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0
Almaniyanın Şimal-Şərq Regional Liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Berliner”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. Amma o, komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.