- Baxış sayı: 16
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
Millimizin hücumçusu Rüfət Dadaşov ABŞ-da legionçu həyatından danışıb. Allsport.az saytı xəbər verir ki, o, yeni komandasına tam uyğunlaşdığını söyləyib:
“ABŞ-da işlərim əla gedir. İnsanlar və komanda yoldaşlarım həqiqətən mehriban və qayğıkeşdilər. Dil və ünsiyyət artıq mənim üçün problem deyil. Laura və mən özümüzü tamamilə rahat hiss edirik.
Milli futbol liqasında mövsüm başa çatıb. Əvvəlcə tətilə çıxacağıq. Bir ildir görmədiyimiz ailəmizi və yaxınlarımızı ziyarət etmək üçün Berlinə yollanacağıq.
Keçmiş komandam “Proyssen”də nə baş verdiyindən xəbərsizəm. Amma onları yenidən 3-cü Bundesliqada görməkdən şad olaram”.
“Feniks Rayzinq” ötən mövsümün qalibi olub. Millinin forvardı 11 qol vurub və 4 məhsuldar ötürmə verib.