“Ruhdan düşmədik, 2 qol vurduq”

“Şamaxı” premyer liqanın ilk turunda Masazırda “Sabah”la 2:2 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu söyləyib:

“Səfərdə “Sabah”la matçda bir xal qazanmaq da bizi sevindirdi. Çətin olacağını bilirdik. Çünki yeni komandayıq, yeni oyunçular var. Adaptasiyaya bir neçə oyun lazımdır. Futbolçular müdafiə planında ilk dəqiqələrdə səhvlərə yol verdi və qollar buraxdıq.

Amma ruhdan düşmədik, 2 qol vurduq. “Sabah”a iki qol vurmaq futbolçularıma inam verir. Hər xal bizim üçün vacib olacaq. “Sabah”a uğurlar arzulayıram, avrokuboklarda çətin oyuna çıxacaqlar”.

Həmin kateqoriyadan