Rusiyada məşqçilər nə qədər qazanır?
25 mart 2026 / 11:57 Baxış sayı: 30 Rusiya premyer liqasında (RPL) çıxış edən klubların baş məşqçilərinin illik maaşları açıqlanıb.
Allsport.az xəbər verir ki, çempionatın ən yüksək ödənişli mütəxəssisi “Zenit”in sükanı arxasında olan Sergey Semakdır. O, ildə 285 milyon rubl qazanır.
Siyahıda ikinci pillədə “Spartak”ın baş məşqçisi Xuan Karsedo (189,9 mln rubl), üçüncü yerdə isə MOİK-in çalışdırıcısı Fabio Çelestini (161,4 mln rubl) qərarlaşıb.
RPL klublarının baş məşqçilərinin illik maaş cədvəli:
- Sergey Semak (“Zenit”) — 285 mln rubl
- Xuan Karsedo (“Spartak”) — 189,9 mln rubl
- Fabio Çelestini (MOİK) — 161,4 mln rubl
- Stanislav Çerçesov (“Əhməd”) — 123,6 mln rubl
- Murad Musayev (“Krasnodar”) — 85,5 mln rubl
- Mixail Qalaktionov (“Lokomotiv”) — 84 mln rubl
- Aleksey Şpilevski (“Pari NN”) — 68,4 mln rubl
- Andrey Talalayev (“Baltika”) — 48 mln rubl
- İqor Osinkin (“Soçi”) — 42 mln rubl
- Conatan Alba (“Rostov”) — 39,8 mln rubl
- Rolan Qusev (“Dinamo Moskva”) — 30 mln rubl
- Məhəmməd Adiyev (“Krılya Sovetov”) — 26,4 mln rubl
- Frank Artiqa (“Rubin”) — 21,8 mln rubl
- Zaur Tedeyev (“Akron”) — 18 mln rubl
- İldar Axmetzyanov (“Orenburq”) — 18 mln rubl
- Vadim Yevseyev (“Dinamo Mahaçqala”) — 13,8 mln rubl