Rusiyanı Ukraynaya dəyişdi, dopinqdən danışdı. Görün bu fiqurlu konkisürən özünə nə etdi – FOTO

Rusiyalı fiqurlu konkisürən Anastasiya Şabotova 2019-cu ildə sosial şəbəkədə “Xrustalnı” qrupunda dopinq istifadə olunduğunu deməklə qalmaqal yaratmışdı.

Allsport.az xəbər verir ki, o, sonradan üzr istəsə də, bu açıqlama uzun müddət yadda qaldı.

Hadisədən sonra Şabotova Ukrayna yığmasına keçdi, üç dəfə ölkə çempionu oldu və Pekin olimpiadasında iştirak etdi. 2022-ci ilin fevralından sonra isə Rusiyaya qayıdaraq məşqçi kimi fəaliyyətə başladı.

Hazırda sosial şəbəkələrdə fəallığı ilə seçilən Şabotovanın bəzi izləyiciləri onun plastik əməliyyat etdirdiyini iddia edir.

Həmin kateqoriyadan