“Rusiyanı yenidən kiçik edək” yazılı köynəyə görə yarışdan kənarlaşdırıldı – FOTO

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko sosial şəbəkə hesabında Donald Trampın “Amerikanı yenidən möhtəşəm edək” (“Make America Great Again”) şüarını dəyişdirərək “Make Russia Small Again” (Rusiyanı yenidən kiçik edək) yazılı bir köynək nümayiş etdirib.

Allsport.az xəbər verir ki, bir müddət sonra bu köynəyi hazırki prezident Volodimir Zelenski də geyinərək şəkil çəkdirib. Litvalı idmançı Korneliya Dudayt, Budapeştdə keçirilən fitnes üzrə dünya çempionatında rusiyalıların iştirakına etiraz olaraq, Ukraynaya dəstəyini ifadə etmək üçün bu köynəyi geyinib. Təşkilatçılar ona ya köynəyini dəyişdirməyi, ya da yarışları tərk etməyi təklif ediblər. Dudaytın komandası çempionatdan çıxmağı üstün tutub.

“Bir ay əvvəl biz bildik ki, çempionatda Rusiya da iştirak edəcək. Onlar neytral statusdan başlamalı idilər, lakin Macarıstan rusiyayönlü ölkədir, ona görə də məndə bunun neytral statusda olmayacağı haqda şübhələr var idi. Buna etiraz olaraq özümlə Ukraynaya dəstək ola biləcəyim geyim götürdüm.

Biz çempionata çatdıqdan sonra təşkilatçıların səhifələrindən birində ruslara açıq təbrik yazısı dərc olundu. Orada Rusiya bayrağı və rusları müsabiqəyə gəlişləri münasibətilə təbrik edən mətn var idi.

Şərh yazdım, suallar verdim, amma şərhlərim silindi. Federasiyamızın mövqeyi belə idi ki, “biz hara getdiyimizi bilirik, rusların orada olacağını bilirik”. Lakin Rusiyanın neytral ölkə kimi yarışacağı şərti yerinə yetirilmədi.

Müsabiqə başlayan kimi gördük ki, Rusiya dövlətinin adı hallanır, onların himnini eşitdik. Mən də bu köynəyi geyinərək onlara etiraz etmək istədim”, – Korneliya öz hərəkətlərini izah edib.

Həmin kateqoriyadan