- Baxış sayı: 22
- 25 Dekabr 2025 13:26
- Baxış sayı: 309
- Dekabr 25, 2025
- 0

Azərbaycan yığmasının forvardı Ruslan Qurbanovun yenicə transfer olunduğu Xorvatiyanın “Hayduk” klubunun yeni baş məşqçisi müəyyənləşib. Allsport.az хəbər verir ki, Split təmsilçisini bundan sonra Stanko Poklepoviç çalışdıracaq.
77 yaşlı mütəхəssis artıq komandanı ilk məşqə çıxarıb. Onun rəhbərliyi altında ilk qarşılaşma isə bu gün “Lokomotiv”ə qarşı olacaq.
Qeyd edək ki, İqor Tudorun istefasından sonra “Hayduk” baş məşqçisiz qalmışdı. Stanko Poklepoviç 1984-1986, 1991-93 və 2010-cu illərdə də “Hayduk”un baş məşqçisi olub. O, həmçinin İran və Xorvatiya millilərini də çalışdırıb.