- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

“Dinamo”dan ayrılan millimizin hücumçusu Ramil Şeydayevlə bağlı “Championat” nəşrində yazı dərc edilib. Allsport.az xəbər verir ki, 23 yaşlı hücumçunun Rusiyanın böyük klublarından birinə keçə biləcək ehtimalı var.
Yazıda ölkənin top-klublarında oynaya biləcək azad agent statusu daşıyan 8 futbolçu müəyyənləşdirilib. Onlar arasında Ramil Şeydayev də var. Şeydayev iddialı klublar üçün ideal ehtiyat qüvvə hesab edilib.
Şeydayev 2019-cu ilin yayında “Krılya Sovetov”dan “Dinamo”ya keçmişdi. Ramil mövsümün ilk yarısında premyer liqada 8 oyun keçirib və 1 assist edib.