VİDEO
Sərbəst güləşçilərin Mahaçqala toplanışı davam edir

Sərbəst güləş üzrə yığmamız Mahaçqalada təlim-məşq toplanışını davam etdirir. Allsport.az xəbər verir ki, fevralın 8-dən Dağıstan komandasıyla birgə toplanış keçən millimiz həm fiziki, həm də taktiki-texniki hazırlığın yüksəldilməsi üzərində çalışır.

Birgə təlim-məşq toplanışı fevralın 25-dək davam edəcək. Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyan TMT-də baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əfqan Xaşalov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) iştirak edir.

Yığma komandanın digər üzvləri isə məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda məşqləri davam etdirir.

Sərbəst güləşçilərimizin bir qismi fevralın 26-dan 28-dək Kiyevdə keçiriləcək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində iştirak edəcək. Bu yarışdan sonra isə Avropa Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesi martın 1-dən 14-dək Bakıda – Olimpiya Güləş Mərkəzində baş tutacaq.

Həmin kateqoriyadan