“Qarabağ”dan azarkeşlərə çağırış

“Qarabağ” çempionlar liqasının 2-ci təsnifatında Polşanın “Rakuv” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun Yutub kanalı oyunla bağlı paylaşım edərək, azarkeşlərə çağırış edib:

“Əziz azarkeşlərimiz!

“Rakuv”la Bakı olimpiya stadionunda keçirəcəyimiz oyunda yolunuzu gözləyirik!

Milyonlarla ürək yenə eyni döyünəcək!

Sizin dəstəyinizlə bu dəfə də bacaracağımıza inanırıq!

Biz birlikdə “Qarabağ”ıq!

Oyun avqustun 2-sində saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan