- Baxış sayı: 10
- 28 Noyabr 2024 17:52
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
“İnstaqram vasitəsilə Azərbaycanın “Səbail” klubundan inanılmaz təklif aldım”. Allsport.az xəbər verir ki, bu fikirləri “Səbail”in sabiq futbolçusu Ayrton Stati “Regio-voetbal” nəşrinə açıqlamasında deyib.
27 yaşlı kürasaolu müdafiəçi paytaxt təmsilçisində ona xüsusi diqqət ayrıldığını bildirib: “Əvvəlcə gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə ulduz oyunçu kimi davranırdılar. Orada həyat yaxşı idi. Pulumu qəpiyinədək ödəyirdilər”.
Stati maaş aldığı günlərdən birini də xatırlayıb: “Məşqdən sonra pulu nəğd aldım və sevgilimə verdim. O da şəxsi sürücümüzlə evə getdi. “Səbail”də hər şey mənim üçün yaxşı idi”.
Qeyd edək ki, Ayrton Stati 2017/2018 mövsümündə “Səbail”in formasını geyinib. O, hazırda Niderlandda “Kozakken Boys”da çıxış edir.