- Baxış sayı: 11
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 56
- Noyabr 28, 2024
- 0
“Səbail”: 5, 10, 15
Topaz premyer liqasının 24-cü turu “Səbail” üçün yubileylərlə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, öz meydanında “Neftçi” ilə 2:2 hesablı heç-heçə edən Aftandil Hacıyevin komandası 10-cu bərabərliyi ediblər. Yubiley heç-heçəsi 52-ci qarşılaşmada qeydə alınıb. Bu, paytaxt təmsilçisinin öz meydanında 5-ci sülhü olub. Doğma divarlar arasında 26-cı matçını keçirən komanda həm də evdə 15-ci qolunu vurub. Yubiley qoluna Ağabala Ramazanov imza atıb.
Abbasovla Ramazanov üçün eyni göstərici
Bu tur 2 futbolçunun Azərbaycan çempionatlarında yubiley qolu ilə yadda qalıb. Hər iki oyunçu “Səbail” – “Neftçi” qarşılaşmasında fərqlənib. İlk qolu vuran Mirabdulla Abbasov özünün premyer liqada 20-ci qoluna imza atıb. O, bu rəqəmə 79-cu matçda çatıb. Hücumçu bu qollardan 12-nə (52 oyun) indiki komandasında vurub. Oyunun gedişində meydan sahiblərini önə çıxaran Ağabala Ramazanov da 20-ci qolunu vurub. O, 139-cu matçında buna nail olub. Forvard indiki klubunda keçirdiyi 20-ci oyunda 5-ci qola imza atıb.
Mövsümdə yeni rekord
“Səbail”in futbolçusu Ədilxan Qarəhmədov cari mövsümdə qol vuran ən gənc oyunçu olub. “Neftçi” ilə oyununda (2:2) fərqlənən futbolçu 17 yaş 313 günlüyündə qol sevinci yaşayıb. 2001-ci il iyunun 5–də anadan olan gənc oyunçu mövsümün rekordunu 2 il 79 gün yeniləyib. Bu matçadək rekord 20 yaş 27 günlüyündə qol vuran Anton Krivotsyuka məxsus idi. “Neftçi”nin futbolçusu “Keşlə”ylə 2018-ci il sentyabrın 16-da keçirilən görüşündə rəqib qapısına yol tapmışdı.