- Baxış sayı: 43
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Bu gün I liqanın 9-cu turu çərçivəsində“ASCO arena”da keçirilmiş “Səbail” – “Cəbrayıl” oyunundan sonra “dənizçilər”in idarə heyətinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, toplantıda klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.