- Baxış sayı: 177
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 177
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasında III turun daha bir oyunu keçirilib.
Allsport.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Sumqayıt”ı qəbul edib.
“ASCO Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 64-cü dəqiqədə Cabir Əmirli “Səbail”ə qələbə qazandırıb. Beləliklə, “gənclik şəhəri” təmsilçisi cari mövsüm çempionatda ilk məğlubiyyətini alıb.
3 turdan sonra hər iki komanda 6 xal toplayıb və müvəqqəti də olsa, 2-3-cü yerləri bölüşdürürlər.