“Səbail”dən rekordunun təkrarı

“Səbail” Azərbaycan çempionatlarında özünün ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının IV turunun “Kəpəz”lə ev görüşündə gerçəkləşib.

Paytaxt təmsilçisi “Kəpəz”lə ev matçında 4 cavabsız qolla qalib gəlib.

“Səbail” tarixində ikinci dəfə premyer liqa matçında 4 top fərqi ilə qələbə qazanıb. 2018-ci il noyabrın 10-da “Sabah”la qarşılaşmada da 4:0 hesabına sevinən “dənizçilər” həmin vaxt səfərdə qalib gəlib. Bu nəticəni təkrarlayan “Səbail” evdə ən böyükhesablı qələbəsini rəsmiləşdirib.

Həmin kateqoriyadan