- Baxış sayı: 31
- 12 Dekabr 2025 14:52
- Baxış sayı: 79
- Dekabr 12, 2025
- 0

“Səbail”in ulduz futbolçusu Maykl Essyen ölkəmizi tərk edib.
Allsport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi Nigeriyaya yola düşüb.
Səfərdə məqsəd xeyriyyə oyununda iştirakdır. Belə ki, Afrika ilə Nigeriyanın veteranları arasında mayın 18-də Laqosda görüş baş tutacaq.
Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmadan əldə ediləcək gəlirin bir hissəsi Nigeriyada məktəblilərin təhsil tələbatlarına xərclənəcək.