- Baxış sayı: 72
- 28 Yanvar 2026 17:05
- Baxış sayı: 141
- Fevral 02, 2026
- 0

Şəhid ailələri və qazilərimiz Azərbaycan qran-prisinin fəxri qonaqlarıdır. Allsport.az saytı xəbər verir ki, hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula-1 qısa fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.
10-12 iyunda möhtəşəm Bakı yarışının tamaşaçıları arasında 2-ci Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilər dəvət olunub. Fəxri qonaqlar mükafat yarışının həyəcanını 3 gün izləyə biləcəklər.
44 günlük 2-ci Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğulların ailə üzvlərini və qəhrəmanları ölkə əhəmiyyətli idman tədbirində – Bakı halqası azarkeşləri sırasında görmək qürurvericidir.









