Şəhidlərin xatirəsinə taekvondo turniri

20 yanvar şəhidlərinin xatirəsinə taekvondo üzrə III “Ümid kuboku” beynəlxalq açıq birinciliyi keçiriləcək.

Allsport.az xəbər verir ki, yanvarın 18-də start götürəcək yarış iki gün davam edəcək. Abşeron olimpiya kompleksində təşkil olunacaq yarışda 2009-2010 və 2011-2012-ci il təvəllüdlü uşaqlar, 2006-2008-ci il təvəllüdlü yeniyetmələr, 2003-2005-ci il təvəllüdlü gənc taekvondoçular qüvvələrini sınayacaq.

Mükafatçılar sırasında yer alacaq idmançılar “Ümid” taekvondo klubunun müvafiq diplom və medalları ilə təltif olunacaq.

Həmin kateqoriyadan