- Baxış sayı: 26
- 20 Mart 2026 16:32
- Baxış sayı: 117
- Mart 19, 2026
- 0

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Avropa liqasının 1/8 final mərhələsində “Bolonya”ya məğlubiyyətdən (3:4, əlavə vaxtda) sonra jurnalistlərin suallarını cavablandırıb.
Allsport.az xəbər verir ki, mütəxəssis oyunun həm müsbət, həm də mənfi tərəflərini qeyd edib:
“Çox həyəcanlı matç alındı. Təəssüf ki, həm ən yaxşı, həm də ən pis oyunumuzu eyni matçda gördük. Sona qədər mübarizə apardıq, güclü rəqibə qarşı bir çox epizodda üstün idik. Lakin buraxılan qollardakı səhvlər nəticəyə təsir etdi”.
İlk oyunun 1:1 hesabı ilə başa çatması səbəbindən, cavab görüşündəki qələbə sayəsində “Bolonya” 1/4 finala yüksəlib. İtaliya təmsilçisi bu mərhələdə İngiltərənin “Aston Villa” klubu ilə qarşılaşacaq.