- Baxış sayı: 58
- 23 Oktyabr 2024 12:35
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycanın daha bir paraatleti dünya çempionatında qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, Səid Nəcəfzadə bu uğura Yaponiyanın Kobe şəhərində keçirilən mundialın uzunluğa tullanma növündə nail olub.
T-12 kateqoriyasında çıxış edən yığma üzvü 7,30 metr nəticə ilə bütün rəqiblərini qabaqlayıb və Kobedə Azərbaycan himnini səsləndirib.
Bununla da Nəcəfzadə kolleksiyasındakı medalların əyarını yaxşılaşdırıb. 25 yaşlı paraatlet ötən il Parisdə dünya çempionatının bürünc medalı qazanıb. O, həmçinin Tokio-2020 yay paralimpiya oyunlarında da üçüncü yeri tutub.
Qeyd edək ki, iki gün əvvəl paraatletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda dünya çempionu tutuluna sahib olub.