- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan kubokunda “Qəbələ” və “Sumqayıt” arasında final oyunu öncəsi əyalət klubunun baş məşqçisi Sənan Qurbanov fikiri açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, komandada ovqatın yüksək və futbolçuların qələbəyə çox istəkli olduqlarını deyib:
“Bu oyun mən və komandamızda olan bəzi futbolçular üçün 4-cü final olacaq. Əvvəlki üç final matçında uğursuzluq yaşamışıq. Bunu dərk edirik. Belə bir fürsət yaranıb ki, kuboka sahib ola bilərik. Mövsümü titulla başa vurub avrokuboklara yollanmaq imkanımız var.
Futbolçular bunu yaxşı dərk edirlər. Oyun olacaq. Final bir matçdan ibarətdir. Maksimum gücümüzlə, tam konsentrasiya ilə mübarizə aparmaq və kuboku qazanmaq istəyirik. Ötənilki finalı yaxşı xatırlayırıq. Hansı çatışmazlıqların olduğunu analiz etmişik. Meydanda əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, ölkə kubokunun finalı bu gün Naxçıvan stadionunda saat 17:00-da başlayacaq.