- Baxış sayı: 14
- 28 Noyabr 2024 14:46
- Baxış sayı: 47
- Noyabr 28, 2024
- 0
Topaz premyer liqasının 22-ci turunun “Qəbələ” – “Sabah” oyunu 0:0 bitib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra ev sahibi komandanın baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında bunu deyib:
“Qələbə qazanmaq istəyirdik. Amma bunun üçün meydanda heç nə etmədik. Bu gün ümumilikdə pis oynadıq. Heyətdəki dəyişikliklər rəqibə total təzyiq etməyə hesablanmışdı. Topa daha çox nəzarət etməli idik.
Amma planlarımız alınmadı. Sadə top itkilərinə yol verdik. Məni çox təəccübləndirən o oldu ki, fasilə dövründə yaxşı hazırlıq keçmişdik. Məşq prosesi və yoxlama oyununda futbolçular istəkli idilər. Yalnız Stiven Monrozla Vojislav Stankoviç hazırlıqlarda tam iştirak edə bilməmişdi.
Onlar fərdi hazırlıq keçirdilər. Monroz bu gün də zəif təsir bağışladı. Elementar top itkilərinə yol verdik, hücum qurmaqda çətinlik çəkdik. Futbolda belə hallar olur”.