Sənan Qurbanov: “Zirə səfəri həmişə çətin olub”

“Keşlə” premyer liqanın 22-ci turunda səfərdə “Zirə” ilə 0:0 oynayıb. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Sənan Qurbanov bunu söyləyib:

“Zirə səfəri həmişə çətin olub. Rəqib ilk “3-lük”də qərarlaşıb. Futbolçular əllərindən gələni etdilər. Meydança ağır idi. Futbolçulara ikiqat güc düşdü. Oyunçuların zədələnməməsi çox vacibdir. Çünki qarşıda həm çempionat, həm kubok oyunlarımız var.

Futbolçuların sağlam olması mühümdür. Tərlandan başqa itkimiz olmadı. İnşallah, onun da zədəsi ciddi olmaz. Səfərdən 1 xalla gedirik. 3 xal vacib idi. Bununla belə, irəli baxmalı, əllərimizi yanımıza salmamalıyıq”.

Həmin kateqoriyadan