- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında öz fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, qələbəni şərh edib:
“Rəqib çox sıx futbol oynadı. Əlimizdən gələni etdik ki, müdafiə xəttini yaraq. Bu gün qələbə qazandıq, lakin “Kəpəz” ciddi rəqibdir və cavab görüşünə maksimum dərəcədə yaxşı hazırlaşacağıq”.