Sərbəst güləş millimiz Rio oyunlarındada ilk dəfə 1-ci yeri tutub

Rio-2016-da tam heyətlə təmsil olunan sərbəst güləş millimiz 2 gümüş və 3 bürünc medal qazanaraq, olimpiadalar tarixində ilk edib. Allsport.az saytı xəbər verir ki, Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) gümüş, Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) bürünc müküfata sahib çıxıblar.

Qazanılan medalların sayına görə bahadırlarımız bütün komandaları qabaqlayıb. 6 nəfərlə təmsil olunan komandalardan heç biri 5 medala yiyələnməyib. Rio olimpiadasında Azərbaycanla yanaşı, Rusiya, İran, Monqolustan, Gürcüstan, Türkiyə və ABŞ sərbəst güləş komandaları da tam heyətlə iştirak ediblər. Türkiyə, Rusiya və İran 3, ABŞ və Gürcüstan 2 medal qazana bildiyi halda, Monqolustan sərbəst güləş yığması “dördilliy”i medalsız tərk edib.

Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında da sərbəst güləş millimiz 1-ci yeri tutub. Komanda hesabında 42 xal toplayan yığmamız, İran (35 xal), ABŞ (32 xal) və Rusiyadan (31 xal) öndə qərarlaşıb.

Bu nəticə ilə sərbəst güləşçilərimiz olimpiadalarda qazandığı medalların sayını 11-ə çatdırıb. Bunlardan 3-ü qızıl, 3-ü gümüş, 5-i bürünc əyarlıdır.

Rio_FS_Team_Ranking-17483-920-485-100-wm-right_bottom-100-imageswmpng

Həmin kateqoriyadan