- Baxış sayı: 181
- 19 Mart 2026 23:59
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0

Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) bu gün Paris olimpiadasında ilk görüşə çıxıb. Allsport.az saytı xəbər verir ki, o, 1/8 finalda misirli Diaəldin Əbdülmüttəliblə üz-üzə gəlib. Hər 2 hissədə üstün çıxış edən bahadırımız 4:0 qələbə qazanıb.
Növbəti tutaşmada monqolustanlı Laqvagərəl Muktur ilə qarşılaşıb. İlk dəqiqədə Georginin səhvindən rəqib 2 xal alıb. Amma bu, elə son görəcəyi olub. 1-ci yarıda 3, sonra 9 xala yiyələnən Meşvildişvili, bölmənin bitiminə yaxın erkən sevinib – 12:2.
Təmsilçimiz axşam görüşlərində yarımfinalda həmyerlisi Geno Petriaşvili ilə qarşılaşacaq.